Peyvənd olunmaq üçün gələn vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin onların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlətimizin gördüyü işlərlə bağlı ətraflı məlumat verilir.Rayon sakinləri dövlətimiz tərəfindən həyata keçirilən əhalinin peyvəndlənməsi işini yüksək qiymətləndirir ,könüllü şəkildə müraciət edərək peyvənd olunurlar. Hazırda rayonda yaşı 40-dan, 50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır
Ümummilli lider Heydər Əliyev 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarınınxatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şuşa rayon əhalisinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir
Bu ilin 8 mart Beynəlxalq Qadınlar günündə şəhid analarına, bacılarına, qəhrəman şəhidlərin xanımlarına güllərimizi təqdim edirik. Vətənimizi erməni terrorçularından qanı, canı hesabına azad edən, qələbə sevincini bizə yaşadan igid, qorxmaz, cəngavər oğullarımızın əziz xatirəsi əbədidir. Şəhidlərimizin anaları, bacıları, xanımları, qızları, başınızı dik tutun, Siz dünyanın bütün güllərinə, çələnglərinə layiqsiniz, əllərinizdən öpürük, Sizə səbr, nəvələrinizi, övladlarınızı böyütmək kimi məsul zəhmətinizdə güc, qüvvət arzu edirik ! Var olun !