Şriftin ölçüsü :

Saytın rəngi :

“Əlvida ilk müəlliməmiz”

10 iyun 2016 | 16:00

Şuşa rayon 6 nömrəli tam orta məktəbdə “Əlvida ilk müəlliməmiz” adlı tədbir keçirilmişdir.

 

Şuşa rayon 6 №li tam orta məktəbin IV sinif şagirdlərinin 10.06.2016-cı il tarixdə “Əlvida, ilk müəlliməmiz” adlı tədbir keçirilmişdir. Tədbiri 25 nəfər IV sinif şagirdləri və 2016-2017- ci tədris ilində I sinfə yeni gələcək hazırlıq sinfinin şagirdləri hazırlamışdılar. Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini V.Fətəliyeva, ŞRTŞ-nin metodkabinetinin müdiri R.Məmmədova, metodist Aynur müəllimə, məktəbin keçmiş direktoru Q.Məmmədova qonaq qismində iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himnindən sonra himnə aid şeirlər səsləndi və bədii hissə başladı.

“Mənim doğma Vətənim”, “Qarabağım yenə geri dönəcək”, “Doğma məktəbim”, “Əziz müəllimim” adlı kompozisiya alqışlarla, maraqla qarşılandı. Şagirdlərin ifasında “Azərbaycan”, “Şən Azərbaycan”, “Qarabağ” mahnıları səsləndi. Şagirdlərin “Vals”, “Naz eləmə”, “Lalələr”, “Mən güləm” rəsqləri tamaşaçılarda xoş əhval –ruhiyyə yaratdı. Şagirdlər “Torpaqdan pay olmaz” , “Bir qalanın sirri”, “Qoca və tənbəl şagird”, “Kurikulum”, “İmtahan” səhnəciklərini, “Ulduz” kinosundan “Məhəmməd və Züleyxa”nın yaş səviyyələrinə uyğunlaşdırılmış qısa bir fraqmentini məharətlə ifa etdilər. IV sinif şagirdləri adından, “Bilik” açarı “Cücələrim” mahnısının sədaları altında səhnəyə daxil olan növbəti tədris ilinin birincilərinə təqdim olundu. Gələcək birincilərin 4-cülərə aid şeirləri dinlənildi. Onlar rəqsə dəvət olundu.

Tədbirin axırında Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini V.Fətəliyeva, ŞRTŞ-nin metodkabinetinin müdiri R.Məmmədova, məktəbin keçmiş direktoru Q.Məmmədova tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə öz ürək sözlərini və təşəkkürlərini bildirdirlər. Sonda məktəbin direktoru N. Əliyeva fərqlənən şagirdlərə fəxri fərman təqdim etdi.

Keçidlər