Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

23 iyun 2016 | 16:00

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

Müasir Azərbaycan Ordusunun yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi işlər Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ali Baş Komandan İlham Əliyev müdafiə məsələlərini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının cəbhə bölgəsinə tez-tez səfər etməsi, hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, şəxsi heyətin qələbə əzmini möhkəmləndirir.

23 iyun 2016-cı il tarixdə Şuşa rayon İcra Hakimiyyəti Şuşa Dövlət Musiqili Dram Teatrı ilə birgə Beynəlxalq Muğam Mərkəzində “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü”nə həsr oluhmuş tədbir keçirmişdir. Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında müəllifi Enurə Abdullayeva olan “Ağ qayıq” tamaşası göstərilmişdir. Tamaşa 2009–cu ildə Dövlət sifarişi yolu ilə hazırlanaraq teatrın repertuarına daxil edilmişdir. “Ağ qayıq” tamaşası Qarabağ müharibəsinin bəlalarından, bu müharibənin insanlara vurduğu mənəvi zərbələrdən bəhs edir.Tamaşada video süjetlərdən də istifadə olunmuşdur ki, bu da tamaşanın təsir gücünü daha da artırır.

Bu gün Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı birləşmələrini hər an Dağlıq Qarabağdan və zəbt edilmiş digər ərazilərindən çıxarmaq iqtidarındadır. Əgər sülh danışıqları fayda verməsə Azərbaycan Ordusu öz sözünü deyəcək.

Keçidlər