Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon təhsil işçilərinin konfransı

07 sentyabr 2016 | 16:00

Rayon təhsil işçilərinin konfransı

7 sentyabr 2016 –cı il tarixdə Şuşa şəhər 1 saylı orta məktəbdə rayon təhsil işçilərinin konfransı keçirilmişdir. Konfransda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri cənab Bayram Səfərov, Təhsil Nazirliyinin əməkdaşı Afət Süleymanova, Milli Məclisin deputatı Flora Qasımova,Azərbaycan Respublikasının xalq artisti Firəngiz Mütəllimova, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva, Əkbər Hacıyev, Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev , rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar iştirak etmişlər.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri cənab Bayram Səfərova öz çıxışında təhsilimizin yüksək inkişafından, son illər əldə etdiyimiz nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışmış, ali məktəblərə daxil olmuş məzunları təbrik etmiş, bütün təhsil işçilərinə yeni dərs ilində müvəffəqiyyətlər arzu etmişdir.

Tədbirdə çıxış edənlər Şuşa təhsilindən ətraflı danışmış və onun yüksək göstəricilərini vurğulamışlar.Rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev dərs ilinin yekunları, qarşıda duran vəzifələr mövzusunda məruzə etmişdir.

Sonra dərs ili ərzində fərqlənmiş bir qrup müəllimlərə, ali məktəblərə daxil olmuş məzunlara Şuşa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və mükafatları təqdim olunmuşdur.

 

 

Keçidlər