Şriftin ölçüsü :

Saytın rəngi :

Baba Vəziroğlu ilə görüş

27 oktyabr 2016 | 16:00

27 oktyabr 2016-cı il tarixdə Şuşa rayon Mərkəzi Kitabxanası «Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması»İctimai Birliyinin mərkəzi qərargahında tanınmış, şair, nasir, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Humay” mükafatı laureatı, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı, «Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması»İctimai Birliyinin İdarə Heyətinin sədri-icma rəhbəti Bayram Səfərov Baba Vəziroğlunu və tədbirdə iştirak edən qonaqları salamladı. Sonra şairin həyatından bəhs edən “Məndən bir də olmayacaq” adlı videoçarx nümayiş etdirildi.

Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülsarə Abbasova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.

Tədbirdə şairin serləri və sözlərinə yazilmiş mahnılar dinlənildi. Sairin sözlərinə bəstələnmiş mahnıları Yaşar Muradov, Vəsilə Quliyeva,Vüsalə Əsgərova, şerlərini isə Xanirə İsgəndərova , Ayxan İmanov, Şükufə Musayeva, Nihad Muxtarlı, Nərmin Zeynalova ifa etdilər.

Baba Vəziroğlunun Şuşanın görkəmli ziyalılarına həsr etdiyi şerlər maraqla qarşılandı.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi bölməsinin müdiri Lətifə Məmmədova, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, görkəmli kinoaktyor, kinorejissor, Respublikanın Əməkdər İncəsənət Xadimi Şeyx Əbdül Mahmudbəyov, şair Əyyub Şırlanlı, gənc bəstəkar Sevinc Tofiqqızı, Şuşa Uşaq Gənclər İdman məktəbinin direktoru Əbdülqasım Novruzov Baba Vəziroğlu haqqında öz urək sözlərini oxucularla bölüşdülər.

Şair oxucuların suallarına da cavab verdi.Tədbirin sonunda Baba Vəziroğlu tədbirin keçirilməsində əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirdi və bu görüşün davamının Şuşada keçirilməsini arzuladı.

Keçidlər