Home Contact Phone
background
  • Ünvan: AZ-1008, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9
  • Faks: (+99412) 496-92-40
  • E-mail: mail@shusha-ih.gov.az

Xəbərlər

  • Azərbaycan torpaqlarını işğal edən Ermənist...

    Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar.

    2020-07-31

    Azərbaycan müstəqil bir ölkə olaraq tarixin ağır sınaqlarından çıxıb və hələ də böyük sınaqla üz-üzədir. Müxtəlif dövrlərdə işğala, soyqırıma, faciələrə məruz qalıb. Sözsüz ki, bütün hallarda xalqımız öz qəhrəmanlığını, öz vətəninə və xalqına sədaqətini sübut edib. Buna bariz nümunə kimi Şəhidlər Xiyabanında uyuyan yüzlərlə qeyrətli oğul və qızlarımızın qəhrəmanlığını göstərmək olar. Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir ! Bu gün ölkəmiz müstəqildir, azaddır və firavandır. Sözsüz ki, bu azadlıq və firavanlıq onların qəhrəmanlığı bahasına başa gəlib. Azərbaycanın qeyrətli, şücaətli, qorxmaz, vətənpərvər oğul və qızları hər zaman Ali Baş Komandan İlham Əlievin yanındadır və Onun bir əmrinə tabedirlər!

  • Əziz Şuşalılar, Qurban Bayramınız Mübarək ...

    Əziz Şuşalılar, Qurban Bayramınız Mübarək Olsun!

    2020-07-30

    Bu əziz bayram günlərində Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edərək Ali Baş Komandanımız İlham Əliyevin əmrinə hazır olan şanlı ordumuza və mərd oğullarımıza davamlı uğurlar arzulayırıq!

  • Biz Türkiyə Cümhuriyyəti və türk milləti ol...

    Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq.

    2020-07-30

    Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmadığını deyən nazir bildirib ki, Ermənistanın etdiyi qəbuledilməzdir: “Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən dedim."

  • Ali Baş Komandan İlham Əliyevin ordumuzun gücl...

    Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir.

    2020-07-30

    Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Silahlı Qüyvələrimizin Ali Baş Komandanı İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır. Bu qayğı, əlbəttə böyük tələb və etimadla müşayiət olunur. Ölkəmiz üçün taleyüklü tarixi məsələlərin həllinə yönəlmiş bu münasibəti Azərbaycan ordusunun şəxsi heyəti də dərindən dərk edir. Odur ki, gecə-gündüz əldə silah yurdumuzun keşiyində dayanan hərbçilərimiz şəxsən Ali Baş Komandanın və xalqımızın etimadını doğrultmaq üçün bundan sonra da əlindən gələni edəcək, ölkənin işıqlı sabahı və bütövlüyü naminə öz döyüş hazırlıqlarını daim artıracaqlar.

  • İlham Əliyev: “Azərbaycan vətəndaşları i...

    İlham Əliyev: “Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara o cümlədən Şuşaya qayıtmalıdır.”

    2020-07-29

    Bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin vətənimizin, milli dövlətçiliyimizin, ərazi bütövlüyümüzün müdafiəsində qətiyyəti, cəsarəti, hər bir vətəndaşda böyük əminlik hissi yaratmışdır. Ordumuzun qüdrəti sübut etdi ki, vətənimizin bir qarış torpağı da mənfur düşmənlərə verilməyəcək. Bütün məcburi köçkünlər və şuşalılar da verilən döyüş əmrinə hər an hazırdır. Qarabağ probleminin həlli həm də hamımızın birliyindən keçir. Birlikdə güclüyük, hər birimiz müfəssəl əsgərik. Azərbaycanın əbədi müstəqilliyi üçün, torpaqlarımızın azad edilməsi üçün, ərazi bütölüyümüzün qorunması üçün hər birimiz vətənpərvər olmalıyıq.

  • Beynəlxalq hüququn bütün fundamental prinsipl...

    Beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozan Ermənistanın insan hüquqlarından danışmağa haqqı yoxdur.

    2020-07-28

    XX əsrin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur.

  • Ölkəmizdə bütün infrastruktur layihələrini ...

    Ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır.

    2020-07-27

    Bir neçə layihə, həm içməli su layihəsi, həm də suvarma suyu layihəsi kimi xidmət göstərir. Suvarma suyu ilə bağlı görülmüş işlər diqqətəlayiqdir, əgər bu işlər görülməsəydi, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Bunların hamısı Azərbaycan vətəndaşınin rahat yaşaması, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün Prezident İlham Əliyev tərəfindən xalqımız üçün edilir. Hər bir Azərbaycan vətəndaşı bu sonsuz qayğını və diqqəti yüksək dəyərləndirir və hər zaman Ali Baş Komandanın yanındadır!

  • İyulun 23-də Azərbaycan Respublikasının Prezi...

    İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.

    2020-07-27

    Son vaxtlar bu sahədə daha böyük həcmli işlər görülüb və itirilmiş güclərin bərpası məsələləri öz həllini tapıb. Mövcud stansiyalarda təqribən 800 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu proses davam etdirilir. Yəni, bütün enerji təsərrüfatı müasirləşir.

  • Son illərdə Azərbaycanda nəhəng su layihələ...

    Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib

    2020-07-27

    Ulu öndərimizin şəxsi təşəbbüsü ilə keçmiş SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin tabeliyində xüsusi tikinti təşkilatı — “Azərsutikinti” Baş idarəsi yaradıldı. Respublikanın meliorasiya və su təsərrüfatına İttifaq hökuməti tərəfindən sərmayə qoyuluşu qat-qat artırıldı. 1970-1980-cı illərdə bir sıra mühüm əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri inşa edilib istismara verildi.

  • Ermənistanın dövlət terrorizmi siyasəti: erm...

    Ermənistanın dövlət terrorizmi siyasəti: erməni lobbisi və ikili standartlar.

    2020-07-26

    Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Bununla yanaşı, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir.

  • İyulun 21-də Bakının Xətai rayonunda şəhid ...

    İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

    2020-07-24

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma məlumat verdi ki, dövlət tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub.

  • Şəhid ailələrinin, müharibə əlillərinin pr...

    Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.

    2020-07-24

    Bu bir həqiqətdir ki, hər bir dövlətin əsas məqsədlərindən biri əhalinin sosial müdafiəsini təşkil etmək, sosial rifah halını yaxşılaşdırmaqdır. Bu gün reallığıdır ki, Azərbaycan dövləti daima öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

  • Azərbaycan iqtidarının güclü iradəsi var və...

    Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var.

    2020-07-24

    Dünyanı bürüyən ( Covid - 19 ) pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən olduqca əhəmiyyətli tədbirlər bir daha Ölkə başçıdının xalqa olan diqqətini vurğulayır. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı ilə xalqı vətəndaş həmrəyliyinə çağırdı. Hər bir vətəndaş Prezidentin bu çağırışına dəstək olub, Onun ətrafında sıx dayanıb. Allah xalqımızı qorusun!

  • "Erməni lobbisi narahatdır"

    "Erməni lobbisi narahatdır"

    2020-07-24

    "Bu vaxta qədər Ermənistana heç bir təzyiq göstərilməyib və BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl 1993-cü ildə qəbul etdiyi 4 qətnamə bu gün kağız üzərindədir. Münaqişənin nizamlanması ilə məşğul olan və tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu özü də bu məsələdə məsuliyyət daşıyır. 28 ildir ki, bu qrup yaranıb. Onun mücərrad və ənənəvi bəyanatları bu status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı biraz da şirnikləndirir. Demək olar ki, Minsk qrupunun yürütdüyü siyasət Ermənistanın işğalı qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür".

  • Bu gün Azərbaycanın Ağdam rayonunun işğalın...

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 27 il ötür.

    2020-07-23

    Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlar mütləq azad olunacaq və hər bir məcburi köçkün öz ata – baba yurduna qayıdacaq! Biz birlikdə güclüyük!

  • Azərbaycan dövləti ölkə ərazisində vətənd...

    Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır.

    2020-07-23

    Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. İşlərin gedişi Dövlət başçısının şəxsi nəzarətindədir.

  • Mülki əhaliyə və dövlət əmlakına dəymiş ...

    Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb.

    2020-07-23

    İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Bununla yanaşı, düşmənin intensiv atəşi nəticəsində kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturu da zərər görüb ki, bunlar dövlət əmlakı hesab olunur. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətimizin başçısının şəxsi nəzarətindədir.

  • 22 iyul - Milli mətbuatın yaranmasının 145 ill...

    22 iyul - Milli mətbuatın yaranmasının 145 illik yubileyi.

    2020-07-22

    Mətbuatın yaranmasının 145 – ci yubileyi münasibəti ilə peşəkar qələm sahiblərini ürəkdən təbrik edir, Azərbaycan jurnalistikasının inkişafında böyük yaradıcılıq uğurları arzulayıram. Hörmətli mətbuat işçiləri, əziz jurnalistlər, Peşə Bayramınız Mübarək! Vüsalə Fətəliyeva

  • Azərbaycan dövləti vətəndaşının yanındad...

    Azərbaycan dövləti vətəndaşının yanındadır.

    2020-07-22

    Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bir daha göstərdi ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti həmişə xalqın, vətəndaşın yanındadır. Prezidentin operativ reaksiyası xalqa göstərilən diqqətin daha bir bariz nümunəsidir.

  • Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən yara...

    Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində maarifləndirmə işləri görür.

    2020-07-21

    Vətəndaşlara şəxsi gigiyena qaydalarına əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik.

  • Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri...

    Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri Qarabağ şuarı ilə küçələrə çıxaraq ordumuza dəstək verən insanların sıralarına girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar.

    2020-07-18

    İğtişaşlar, qarşıdurmalar yaratmaq kimi qeyri-sivil və antikonstitusion əməlləri hər zaman özünə əsas mübarizə vasitəsi seçən müxalifət bütün dövrlərdə utopik arzularına çatmaq üçün bu metodlardan yararlanmağa cəhd göstərib. Əgər tarixə nəzər yetirsək, ötən illərdə keçirilmiş əksər seçkilər ərəfəsində radikal müxalifət partiyalarının ölkədə süni gərginlik yaratmağa çalışması barədə kifayət qədər faktların şahidi olarıq.

  • Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nü...

    Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir.

    2020-07-17

    Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda onun siyasətinə qarşı olan müxalifətin fəaliyyətini məhdudlaşdırmağa,pandemiya ilə bağlı ermənistanda artan gərginliyi azlalmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqının dəstəyini almağa çalışır.

  • Azərbaycan ordusu iyulun 12-si Ermənistanın Tov...

    Azərbaycan ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab vermişdir.

    2020-07-17

    Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşmişik.

  • Paşinyan hökuməti Azərbaycanın düşmən obra...

    Paşinyan hökuməti Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir.

    2020-07-17

    Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir.

  • Siyasi partiyaların milli həmrəyliyi

    Siyasi partiyaların milli həmrəyliyi

    2020-07-17

    43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.”

əvvəlki [2] növbəti