Şriftin ölçüsü :

Saytın rəngi :

Əl Oyunları Sarayında MMA Qaydasız döyüş növləri üzrə dünya kuboku yarışı keçirilmişdir

24 dekabr 2016 | 16:00

16-20 dekabr 2016-cı il tarixlərdə Bakı şəhərində Əl Oyunları Sarayında MMA Qaydasız döyüş növləri üzrə dünya kuboku yarışı keçirilmişdir. Yarışda dünyanın 17 ölkəsindən idmançılar iştirak etmişdir. Şuşa İdman Klubunun idmançıları məşqçi Quliyev Natiqin rəhbərliyi altında yarışlarda uğurla iştirak etmiş və yüksək nailiyyətlər əldə etmişdir.15 nəfərlik heyətlə yarışda iştirak edən Şuşa İdman Klubunun idmançılarından 5 nəfəri qızıl,8 nəfəri gümüş medala layiq görülmüşdür. Klubun idmançıları dəfələrlə respublika və beynəlxalq səviyyəli turnirlərin qalibləri olmuşlar. Yarışdan sonra klubun idmançılarını Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva qəbul etmiş, onların uğurlarını yüksək qiymətləndirmiş, gələcək turnirlərdə müvəffəqiyətlər arzu etmişdir

Keçidlər