Şriftin ölçüsü :

Saytın rəngi :

”Şuşa salnaməsi”

21 fevral 2017 | 16:00

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın Mərkəzi Qərargahında Yunis Hüseynovun ”Şuşa salnaməsi” kitabının təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov kitabın əhəmiyyətindən danışmış,Qarabağ tarixinin, mədəniyyətinin bütün incəliklərini özündə əks etdirən kitabların yazılmasının nə qədər vacib olduğunu vurğulamışdır. Kitab haqqında Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Milli Məclisin deputatı Flora Qasımova, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” Əlaqələndirmə Şurasının sədri, siyasi elmlər doktoru Elçin Əhmədov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini

Əkbər Hacıyev, Şuşa rayon Təhsil şöbəsinin müdiri, YAP rayon təşkilatının sədri Təvəkkül Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Vəfadar Nurməmmədov, tarix elmləri doktorları, kitab rəyçiləri Zabil Bayramov, Xeyirbəy Qasımov, Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Qalib Kazımov, tarixçi Məmiyev Ceyhun, Şuşa 5 saylı tam orta məktəbin direktoru Şükür Nəsibov, Malıbəyli kənd 1 saylı tam orta məktəbin direktoru Günəş Hüseynova, Şuşa Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova yüksək fikirlər söyləmiş,qarabağ tarixinin öyrənilməsində kitabın rolundan danışmışlar.Sonda kitabın müəllifi Yunis Hüseynov çıxış edərək Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərova və tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir. Kitabın müəllifinə Rayon İcra Hakimiyyəti adından “Şuşa mənzərəsi” rəsmi hədiyyə edilmişdir.

Keçidlər