Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşanı unutmayaq”

11 may 2017 | 16:00

             11 may 2017 –ci il tarixdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə   “Şuşanı unutmayaq” adlı tədbir icmanın mərkəzi qərargahında keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın  rəhbəri Bayram Səfərov açaraq tədbir iştirakçılarını salamlamış, respublikamızın ərazi bütövlüyü uğrunda  şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Sonra Şuşanın tarixindən, mədəniyyətindən, görkəmli şəxsiyyətlərindən  bəhs edən videoçarx nümayiş olunmuşdur. Çıxış edənlər - Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, YAP Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev,Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, YAP Nəsimi rayon Gənclər Birliyinin  üzvləri Əli və Elnarə qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolundan danışmışlar. Sonda Emin Məmmədlinin ifasında hərbi -vətənpərvərlik mahnıları  səslənmişdir. Şuşanın tarixi abidələrinin, görkəmli şəxsiyyətlərinin üzərində əks olunduğu təqvim və bukletlər  tədbirdə iştirak edən gənclərə paylanmışdır.

Keçidlər