Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi

01 may 2017 | 16:00

2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Yubiley tərbirlərinin keçirilməsi ilə  bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  müvafiq Sərəncam imzalamışdır.
Malıbəyli kənd 1№-li tam orta məktəbdə 01 may 2017-ci il tarixdə böyük Azərbaycan şairi  Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Günəş Hüseynova açmış, Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva Molla Pənah Vaqifin XVШ əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi poeziyanın yeni keyfiyyətlər qazanmasında mühüm xidmətlərindən danışmış, bildirmişdir ki, 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyi beynəlxalq səviyyədə qeyd edilir, Şəkidə TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısında isə 2017-ci ilin “Molla Pənah Vaqif ili”elan olunması barədə qərar qəbul olunmuşdur.
Tədbirdə Molla Pənah Vaqifin  “Pəri”, “Durnalar”, “Bəri bax”, “Aşiqəm”, “Hayıf ki, yoxdur”, “Bayram oldu”, “Xumar xumar baxmaq göz qaydasıdır” şeirləri səsləndirildi. Molla Pənah Vaqifin sözlərinə yazılmış “Durnalar”, “Heyran olmuşam” mahnıları tədbir iştirakçılarının alqışlarına səbəb oldu. Sonda məktəblilərin ifasında “Vaqif” dramından bir parça göstərildi.

Keçidlər