Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin Fəxri Xiyabandakı məzarlarının ziyarəti

20 noyabr 2017 | 16:00

 

2017-cı il 20 noyabr tarixində saat 11:00-da Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyəti 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8" hərbi helikopterinin erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində həlak olan Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin Fəxri Xiyabandakı məzarlarını ziyarət etmişdir. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Əkbər Hacıyev , Şuşa rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov , Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Şuşa rayon filialının sədri Ağalar Əliyev bu hadisələrlə bağlı öz xatirələrini bölüşdülər. Dünyasını dəyişənlərin məzarları önünə tər çiçəklər düzülmüş, ruhlarına dualar oxunmuşdur.

Keçidlər