Şriftin ölçüsü :

Saytın rəngi :

Qaçqın və məcburi köçkün gənclərin IV Yaradıcılıq festival-müsabiqəsi keçirilmişdir

23 noyabr 2017 | 16:00

21-23 noyabr 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qaçqın və məcburi köçkün gənclərin IV Yaradıcılıq festival-müsabiqəsi keçirilmişdir. Adı gedən müsabiqədə Şuşa rayonundan 9 gənc rəsm əsərləri, musiqi və rəqs nömrələri ilə təmsil olunmuşlar. Müsabiqənin yekun nəticələrinə görə Şuşa rayonundan 1-ci yerə Zeynalova Gülnar Rizvan qızı, Rzazadə Elnur Elçin oğlu, Qocamanova Qələm Füzuli qızı, 2-ci yerə "Turacı" rəqs nömrəsi ilə Babayeva Səbinə Səməd qızı, 3-cü yerə "Bəyaz Gül" rəsmi ilə Hüseynova Ləman Rəşad qızı layiq görülmüşlər. Qaliblər Gənclər və İdman Naziri müavini cənab İntiqam Babayev tərəfindən diplom və qiymətli hədiyyələr ilə təltif olunmuşlar.

 

 

Keçidlər