Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Xalq Cümhuriyyəti və Qarabağ məsələsi“ mövzusunda tədbir

29 noyabr 2017 | 16:00

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın Mərkəzi Qərargahında 29 noyabr 2017-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyəti və Qarabağ məsələsi“ mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Aparat işçiləri, idarə, müəssisə rəhbərləri, rayonun ümumtəhsil məktəblərinin tarix müəllimləri iştirak edirdi.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov çıxış edərək bildirdi ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəldi və çox çətin şəraitdə fəaliyyət göstərdi. Azərbaycan Cümhuriyyəti yarandığı ilk günlərdən özünün ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qorumaq üçün fəal mübarizə aparmışdır. Azərbaycan hökumətinin ən başlıca vəzifəsi Dağlıq Qarabağda erməni separatizmini ləğv etmək idi. On doqquzuncu əsrin sonlarından başlayaraq erməni millətçiləri “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün geniş fəaliyyətə başlamış, Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək üçün cəhdlər göstərirdilər. Bu istiqamətdə onların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi ermənilərin planlarının gerçəkləşməsinə imkan vermədi. Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan

torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, ona aidiyyəti olmayan 7 rayonun – Ağdamın, Laçının, Zəngilanın, Füzulinin, Cəbrayılın, Qubadlının, Kəlbəcərin ərazisi işğal olunmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər həlak olmuş, 50 min nəfər yaralanmış, təxminən 5 min nəfər əsir və itkin düşmüşdür. Azərbaycanda 1 milyon 200 mindən artıq qaçqın və məcburi köçkün vardır. Möhtərəm Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi qəti və dəyişməzdir. O, dəfələrlə bəyan etmişdir ki, bu münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Dövlətimizin başçısı iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkənin mövqeyini və siyasi xəttini qətiyyətlə ifadə edir.

Milli Məclisin deputatları Flora Qasımova, Elman Məmmədov, Fəzail İbrahimli (Bakı Dövlət Universitetində Azərbaycan Tarixi kafedrasının professoru), Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin öz ərazisinin hüquqi-siyasi cəhətdən əsaslandırılmış xəritəsini nəşr etdirməsindən, Qarabağı ələ keçirmək üçün ermənilərin əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirməsindən, 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğunun yaranmasından, 1919-cu ilin sonları-1920-ci ilin yazında Zəngəzurda ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətməsini diqqətə çatdırmış, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atmasını bildirmişlər.

 

Keçidlər