Şriftin ölçüsü :

Saytın rəngi :

Müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir

12 dekabr 2017 | 16:00

Dekabrın 12-də Şuşa rayon İcra Hakimiyyəti  müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət  Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə  silsilə tədbirlər keçirilmişdir.
   Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri Fəxri Xiyabana  gələrək  ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzdülər.  Rayonun  bir sıra idarə, müəssisələrində  eləcə də Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbində,  Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbində,  Şuşa rayon Mədəniyyət  Mərkəzində ulu öndər  Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anım mərasimləri keçirilmişdir.

Keçidlər