Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar günü

06 mart 2018 | 16:00

 

Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar günü. münasibətilə rayon qadınlarının bayram tədbiri keçirilmişdir. Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ziyalı xanımlar iştirak etmişlər.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov qadınları təbrik edərək, onlara ən xoş arzularını çatdırdı, bildirdi ki, Ulu öndər Heydər Əliyevin apardığı dövlət qadın siyasətinin davamı olaraq Prezident İlham Əliyev də ictimai həyatda qadınlara xüsusi diqqət və qayğı göstərir, onların əməyini daim yüksək qiymətləndirir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi və bu qərarın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanması da Azərbaycan qadınına etimadın nə qədər yüksək olduğunu bir daha təsdiqləyir. Rayon rəhbəri B.Səfərov ölkə başçısı tərəfindən Azərbaycan qadınlarının zəhmətinin, fəaliyyətinin çox yüksək qiymətləndirildiyini, onlara böyük hörmət və ehtiramla yanaşıldığını xüsusi qeyd etmişdir.

Milli Məclisin deputatı Elman Məmmədov, Şuşa rayon İcra Hakimyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva çıxış edərək qadınları təbrik etmiş, dövlət qulluğunda, humanitar və sosial-iqtisadi sahələrdə, siyasi partiyalarda, ictimai təşkilatlarda çalışan qadınların fəaliyyətini qeyd etmişlər.

Sonra tədbir bayram konserti ilə davam etmişdir. Şuşa Dövlət Musiqili Dram Teatrının, Şuşa Mədəniyyət Mərkəzinin, Şuşa Humanitar Kollecinin və “Təbəssüm” rəqs kollektivilərinin çıxışları alqışlarla qarşılanmışdır.

Keçidlər