Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsi

14 mart 2018 | 16:00

 

Şuşa şəhər ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici turda iştirak edəcəklər. İndiyə qədər Şuşa rayonundan 140 nəfər bu turda iştirak edibdir.

"Ölkəmizi tanıyaq" layihəsi üzrə Şuşa rayonunun məktəbliləri 15-18 mart tarixlərində Quba-Qusar-Xaçmaz rayonlarına səfər edəcəklər. Şagirdlər bölgənin tarixi abidələri, istehsal müəssisələri ilə tanış olacaq, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Mart ayının 15-də saat 09:00-da məktəblilərin yolasalınma mərasimi keçiriləcəkdir.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq təşkil olunan tur aksiyaların əsas məqsədinin gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsinin əhəmiyyətindən danışdı. Cənab Prezidentin uğurlu xarici siyasəti, TAP və TANAP layihələrinin uğurla icra olunmasından, Bakı-Tibilisi-Qars dəmir yolu kimi beynəlxalq əhəmiyyətli layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verən rayon rəhbəri bildirdi ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan - Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə dinamik inkişaf edir. Ölkəmizin bütün regionları gündən-günə abadlaşır, şəhər və rayonlarımızın siması yeniləşir.

B.Səfərov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına göstərilən diqqətindən, hər il ölkə vətəndaşlarının pulsuz tibbi müayinəyə cəlb olunmasından, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə dövlət qayğısından söhbət açdı. Şagirdlərimizə öz dəyərli tövsiyələrini verən Şuşa rayon İcra Hakimiyyətinin başçısı igid oğullarımızdan nümunə göturərək, gənclərin daha çox hərbi məktəblərdə oxumalarını görmək istədiyini bildirdi.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva “Ölkəmizi tanıyaq” layihəsinin əsas məqsədinin şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın siması barədə gənclərdə əyani təsəvvür yaratmaq olduğunu diqqətə çatdırdı.V.Fətəliyeva bildirdi ki, tur-aksiya şagirdlərə ölkə barədə ərtaflı məlumat qazandırmaqla yanaşı, məktəblilər arasında əlaqələrin qurulmasına, onların vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsinə, dünyagörüşünün formalaşdırılmasına, tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsinə müsbət təsir göstərir.

Sonra Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin direktoru Günəş Hüseynova, valideynlərdən Elşən Məhərov, tur aksiyanın iştirakçılarından 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Seyidli Miri çıxış edərək ölkəmizin tanınmasında belə tur aksiyaların əhəmiyyətini yüksək qiymətləndirərək, Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkildi və tur aksiyada iştirak edən məktəblilərə hədiyyələr təqdim olundu.

Keçidlər