Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonu üzrə 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş iclas keçirilib

20 aprel 2018 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr 20 aprel 2018-ci il tarixdə Şuşa rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.

Rayonun idarə və müəssisələrinin, hüquq - mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov aprelin 11-də azad, şəffaf, demokratik şəraitdə ölkəmizdə keçirilən prezident seçkilərində İlham Əliyevin möhtəşəm qələbəsinin xalqımızın - dövlətimizin başçısına olan etimadının təzahürü olduğunu bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə B.Səfərov ətraflı məlumat vermiş, Dövlətimizin başçısının geniş nitq söyləyərək aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz tapşırıq və göstərişlərini verdiyini bildirib.

Cənab B.Səfərov birinci rüb ərzində qeyri-neft sektorunun 3 faiz artdığını, sənaye istehsalının 2 faiz, qeyri-neft sənayesində artımın 10 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 4,2 faiz artdığını bildirdi. Bu il Davos Ümumdünya

İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb.

Hesabat məruzəsində rayon üzrə ayrı-ayrı sahələrdə müvafiq dövr ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Təhsil, səhiyyə, mədəniyyət sahələrində səmərəli iş qurulmasına kömək göstərilmişdir.

Şuşa rayonunun ümumtəhsil müəssisələrinin 20 nəfər məktəblisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində mart ayında respublikanın şimal bölgələrində olmuş, doğma vətənimizi daha dərindən tanımaq imkanı qazanmışlar.

Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, respublikamızın bütün bölgələrində olduğu kimi, əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanmış və hazırda uğurla davam etməkdədir. Aksiyaya start verildiyi gündən - 2018-ci il fevralın 10-dan aprelin 1-dək rayon əhalsinin 18 və yuxarı yaşda olan 24068 nəfərindən 18741 nəfəri tibbi müayinələrdən keçmişdir. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanan vətəndaşlardan 784 nəfər ambulator, 72 nəfər stasionar, 63 nəfər ixtisaslaşmış tibb müəssisələrinə müalicəyə göndərilmişdir.

Şuşa rayonuna məxsus torpaq sahələrində, Mirzələr qış yatağında, Kürdəmir ərazisində və rayon əhalisinin kənd təsərrüfatı ilə məşqul olduğu respublikanın digər rayonlarında yaz şumu keyfiyyətlə aparılmışdır.

Rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır.

Rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

«Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi təmin edilmişdir.

Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi diqqət mərkəzində saxlanılmışdır.

Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin rəisi Sarı Bərxudarov, Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Şuşa rayon İcra Hakimiyyəti başçısının Şuşa şəhər üzrə nümayəndəsi Arif İbrahimov dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırmış, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Məsələ ilə bağlı Qərar layihəsini oxumaq üçün söz rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülvi Heydərova verilmişdir.

Qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.

 

 

 

 

 

 

 

 

Keçidlər