Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi məktəbində yekun hesabat konserti

11 iyun 2018 | 16:00

Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi məktəbində yekun hesabat konserti

11 iyun 2018-ci il tarixdə Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi məktəbində yekun hesabat konserti keçirilmişdir. Konsertdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, həmin şöbənin baş məsləhətçisi İlahə Ələkbərli, Sumqayıt Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Bayram Cəfərov, Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov və musiqi məktəbinin direktorları iştirak edirdi.

Konsertin proqramında Üzeyir Hacıbəyov “Türkün Bayrağı”, Elza İbrahimova “Ey Vətən”, “ Qarabağ şikəstəsi” və bir çox xarici bəstəkarların əsərləri, Tapdıq Zeynalov adına qarmonçalanlardan ibarət qrup rəhbəri Elmir Məmmədov, məktəbin “Ozan” aşıq qrupu Azərbaycan haqqında mahnılar ifa etdilər. Fortepiano şöbəsinin müəllimləri Səburə Mirzəyeva, Nailə Rzayeva Berkoviçin, G.Hendelin Fikrət Əmirovun, Azər Rzayevin, Silvanskinin konsertlərini şagirləri ilə birgə ifa etdilər. “Şuşanın dağları” ansamblının bədii rəhbəri İntiqam Abbasov ansamblla birgə bir neçə xalq mahnıları ifa etdilər. Sonda “ Testene Art Baku” beynəlxalq müsabiqəsinin laureatları nağaraçalanlardan ibarət “Şuşa” ritm qrupu kompozisiya səsləndirdi. Tədbir qonaqların gurultulu alqışları ilə başa çatdı. Sonda Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva çıxış edərək, Şuşa rayon İcra Hakimiyyətinin başçıısı Bayram Səfərovun salamlarını və təbrikini çatdırdı, müəllim və şagirdlərə uğurlar arzuladı. Sumqayıt Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Bayram Cəfərov da çıxış edərək, konsertdən çox məmnun olduğunu bildirdi, şagird və müəllim kollektivinə uğurlar arzuladı.

 

 

 

Keçidlər