Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri keçirilmişdir

14 iyun 2018 | 16:00

 

14 iyun 2018-ci il tarixdə Şuşa rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlanan «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olunmuşdur.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə məzunları təbrik edən Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva məktəb kollektivinin uğurlarını qeyd edərək bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, elmli, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin təhsil almaları üçün dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər çür şərait yaradılıb. V.Fətəliyeva qeyd etdi ki,  Heydər Əliyev Fondu tərəfindən məktəblər əsaslı şəkildə təmir olunur, yeniləri tikilərək şagirdlərin istifadəsinə verilir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi Azərbaycan Respublikasının Birinci vitse –  Prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan qayğı və diqqətinin bariz nümunəsidir. Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev müstəqil həyatın  astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamışdır.
Malıbəyli kənd 1 nömrəli və Xankəndi şəhər 4 nömrəli tam orta məktəblərində tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev Ulu öndər Heydər Əliyevin  Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, son vaxtlarda məktəb kollektivlərinin qazandığı uğurlar barədə məlumat vermişdir.
Şuşa şəhər 6 nömrəli tam orta məktəbində çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva qeyd etmişdir ki,  bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır.
Şuşa rayonunun Bakıda yerləşən ümumtəhsil müəssisələrinin «Son zəng»  tədbirlərində  Şuşa rayonunun məsul əməkdaşları Natiq Mahmudov, Hidayət Səmədov, Əlisahib Şirinov iştirak etmişlər.
Bütün məktəblərdə təhsildə fərqlənənlərə Şuşa rayon Təhsil şöbəsinin Fəxri Fərmanları təqdim edilmişdir.
Tədbirlərdə müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. “Son zəng” tədbiri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər