Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonunun bütün təhsil müəssisələrində “Bilik günü” qeyd edilmişdir

17 sentyabr 2018 | 16:00

 

Şuşa rayonunun təhsil müəssisələrində 15 sentyabr - “Bilik günü” təntənə ilə qeyd edilmişdir.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini  V.Fətəliyeva və Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə iştirak etmişlər.

V. Fətəliyeva çıxış edərək məktəbin kollektivini yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik etmiş, onlara gələcək tədris illərində uğurlar arzulamış, ilk dəfə məktəbə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaş olmalarını vurğulamışdır.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, Birinci vitse - prezident Mehriban xanım Əliyevanın elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açılmışdır. Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.

Tədbirlərdə bütün təhsil işçiləri ilk dərs günlərini Şuşada, doğma məktəblərində keçirmək arzularını bildirdilər.

 

 

 

Keçidlər