Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonunun sosial-iqtisadi inkişafının 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdi

17 oktyabr 2018 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabr ayının 9-da Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. 17 oktyabr tarixində Şuşa rayonunun sosial-iqtisadi inkişafının 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir.

İlk öncə Şuranın yeni tərkibi təstiq edildi. Sonra Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmiş Sarıbaba kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Araz Quliyevə medal təqdim edilmişdir.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun 2018-ci ilin 9 ayının yekunlarına dair hesabat məruzəsi dinlənilmişdir. Bayram Səfərov məruzəsində bildirmişdir ki, Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan ildən-ilə daha da güclənir, sosial inkişaf proqramları, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atılır.

Bayram Səfərov rayonun sosial-iqtisadi göstəriciləri haqqında ,təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, rayonda ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də geniş və ətraflı danışmışdır. O, bildirmişdir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və səmərəli nəticələr vermişdir. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva,Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova, Rayon İcra Hakimiyyəti başçısının Xanalılar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Çingiz Əliyev məruzə ətrafında çıxışlar etmişlər.

Məsələ ilə bağlı Qərar layihəsini rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülvi Heydərov oxumuşdur

 

Keçidlər