Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon ictimaiyyəti Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin Fəxri Xiyabandakı məzarlarını ziyarət etdilər

20 noyabr 2018 | 16:00

Şuşa rayon ictimaiyyəti Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin Fəxri Xiyabandakı məzarlarını ziyarət etdilər

2018-cı il noyabr ayının 20-də Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Aparatın məsul işçiləri, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyəti 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8" hərbi helikopterinin erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində həlak olan Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin Fəxri Xiyabandakı məzarlarını ziyarət etdilər.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimlərinin və jurnalistlərin, ümumilikdə qəza nəticəsində 22 nəfərin həlak olduğunu qeyd edərək, onların ailələrinə başsağlığı verdi. Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər.

Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, “Mİ-8" hərbi helikopterinin erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində həlak olan Vaqif Cəfərovun oğlu Nicat Cəfərov bu hadisələrlə bağlı danışdılar.

Dünyasını dəyişənlərin məzarları önünə tər çiçəklər düzüldü, ruhlarına dualar oxundu.

 

 

 

Keçidlər