Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Şuşa rayonu üzrə silsilə tədbirlər keçirilmişdir

20 yanvar 2019 | 16:00

 

1990-cı ilin faciəli 20 yanvar günü Azərbaycan xalqının tarixinə Qanlı yanvar faciəsi kimi daxil olmuşdur. Azərbaycan xalqına qarşı törədilmiş 20 yanvar faciəsi insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Bakı şəhərinə əksəriyyəti ermənilərdən ibarət olan qoşun yeritdilər. Hadisə nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, 700-dən çox insan yaralandı, 321 nəfər itkin düşdü. Vəhşicəsinə öldürülənlər arasında 20-dən artıq qadın və uşaq olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncamına əsasən Şuşa rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və faciənin ildönümü münasibəti ilə rayonun idarə, müəssisələrində, ümumtəhsil məktəblərində anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilmişdir.

2019-cu il yanvar ayının 20-də Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Aparatın məsul işçiləri, rayonun idarə, müəssisə rəhbərləri, ziyalılar və məktəblilər Şəhidlər xiyabanını ziyarət etmişlər.

Keçidlər