Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın xalq artisti "Şöhrət" ordenli professor Süleyman Ələsgərovun anadan olmasının 95 illik yubileyi

19 fevral 2019 | 16:00

Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın xalq artisti "Şöhrət" ordenli professor Süleyman Ələsgərovun anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Sumqayıt Regional Mədəniyyət idarəsi Bülbülcan adına Şuşa şəhər UMM-nin kollektivi fəal iştirak etmişdir. Məktəbin3-cü və 4-cü sinif şagirdləri Hacızadə Səməndər və Hacızadə Əvəzağa Süleyman Ələsgərovun "Daimi hərəkət" pyesini və "Şalaxo"rəqsini böyük məharətlə ifa etmişlər. Məktəbin müəllimləri Siyavuş Mehdiyev, Xəyalə Əliyeva və onların şagirdləri Zəhra Bağırova, Kənan Qasımzadə "Qarabağ şikəstəsi" zərb muğamını yüksək səviyyədə ifa etmişlər. Onları Fəttah Feyziyevin rəhbərliyi ilə Bülbülcan muğam üçlüyü müşayiət etmişdir.

 

 

 

Keçidlər