Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramı münasibətilə Şuşa rayon sakinlərinə bayram sovqatları paylanılmışdır

19 may 2019 | 16:00

 

İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. İlahi hikmətlər xəzinəsi olan Qurani-Kərim mübarək Ramazan ayında nazil olmuşdur. Orucluq mərasimləri hər il cəmiyyətimizdə yüksək təntənə ilə qeyd edilir. Müsəlmanlar Ramazan ayında Uca Tanrı qarşısında öz mənəvi borcunu yerinə yetirmək fürsəti əldə edir, oruc tutur, bacardıqca yaxşılıqlar etməyə çalışır.

19 may 2019-cu il tarixində müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə Şuşa rayon İcra Hakimiyyəti və Beynəlxalq Qadınlar Klubunun rəhbəri Əsmayə Cavadovanın birgə təşkilatçılığı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Neftçİ” istirahət mərkəzində məskunlaşan Şuşa rayonundan olan məcburi köçkünlərlə yanaşı, Ağdam, Füzuli, Xocalı və Cəbrayıl rayonundan olan soydaşlarımıza da bayram sovqatları paylanılmışdır.

 

 

 

Keçidlər