Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa” idman klubunun üzvləri sərbəst güləş üzrə qələbə qazanmışlar

22 may 2019 | 16:00

 

“Şuşa” idman klubunun üzvləri sərbəst güləş üzrə Xaçmazda keçirilən zona birinciliyində 7 nəfər idmançı ilə çıxış etmişlər. İdmançılardan 3 nəfəri 3-cü yer, 1 nəfəri isə birinci yerə layiq görülərək, Respublika çempionatına lisenziya qazanmışlar. Respublika çempionatında uğurla çıxış edən “Şuşa” idman klubunun üzvləri sərbəst güləş üzrə Balakən rayonunda keçirilən yarışda qələbə əldə ediblər. Belə ki, idmançılardan 1 nəfər 1-ci yerə çıxdığına görə Avropa çempionatına lisenziya qazanıb. Digər 2 idmançımız isə 3-cü yerə layiq görülüb. İdmançıların uğur qazanmasında məşqçi-müəllim, həmyerlimiz Natiq Quliyevin böyük əməyi xüsusi qeyd edilməlidir.

 

 

 

 

 

Keçidlər