Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" medallarının təqdimetmə mərasimi keçirilib

30 iyul 2019 | 16:00

 

Şuşa rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmiş Şuşa rayon sakinlərinə medalların təqdimetmə mərasimi keçirilib.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmiş Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək adıçəkilən medalın əhəmiyyətindən danışıb. B.Səfərov qeyd edib ki, dövlət başçısının yubiley medalının təsis edilməsi haqqında Sərəncamı Prezident İlham Əliyevin şanlı keçmişimizə, dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir.

Yubiley medalına layiq görülən Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının tariximizin şərəfli səhifəsi olduğunu diqqətə çatdırdı.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilənlər arasında həmyerlilərimiz - Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, Şuşa rayon Statistika İdarəsinin rəisi, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi”nin sədri Anar Xəlilov da var.

Tədbirdə yubiley medalı ilə təltifə görə Prezident İlham Əliyevə dərin minnətdarlıq hissi ifadə olunub.

 

 

Keçidlər