Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada Şuşa rayonundan iştirak edən məktəblilərlə görüş

12 noyabr 2019 | 16:00

 

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şuşa rayonundan iştirak edən məktəblilərlə rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.

Məktəblilər 13-16 noyabr tarixlərində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya çıxacaqlar.

Görüşdə rayon rəhbərliyi, təhsil idarəsinin əməkdaşları, şagirdlər və onların valideynləri iştirak ediblər.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ayrı-ayrı bölgələr haqqında şagirdlərin zəngin məlumatlar almalarında tur-aksiyanın əhəmiyyətini qeyd edib. Bildirilib ki, üç gün davam edəcək tur-aksiya zamanı şagirdlər bölgənin tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bütün bunlar isə məktəblilərdə Vətənimizin bu bölgələri haqqında xoş təəssürat yaradacaq. Tur-aksiya siz şagirdlərə ölkə barədə ərtaflı məlumat qazandırmaqla yanaşı, digər rayonların məktəbliləri arasında əlaqələrin qurulmasına, dünyagörüşünüzün formalaşdırılmasına, təhsildə əldə etdiyiniz nəzəri biliklərin möhkəmləndirilməsinə müsbət təsir göstərir.

Bu gün -12 noyabr Konstitusiya günüdür. Bu münasibətlə rayon icra Hakimiyyətinin başçısı Bayram Səfərov Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsindən danışaraq, qeyd etdi ki, Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər

Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Sonra “Ölkəmizi tanıyaq” adlı videoçarx nümayiş etdirildi.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Təhsil şöbəsinin Metodiki kabinetin müdiri Rəsmiyyə Məmmədova, 6 saylı məktəbin direktoru Naimə Əliyeva, valideynlərdən Könül Abbasova, Vüqar Əsədov, məktəblilərdən Ayaz Qurbanlı və Ziya Səfərzadə tur - aksiyanın əhəmiyyəti barədə danışdılar.

Məktəblilərdən Hüseynli Şükran və Hüseynova Lalənin təbriki maraqla qarşılandı.

Sonda tur-aksiyada iştirak edən məktəblilərə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilmişdir.

 

 

 

 

 

 

 

Keçidlər