Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində rayonun fəal könüllüləri ilə görüş keçirilib

05 dekabr 2019 | 16:00

 

05 dekabr 2019-cu il tarixdə Şuşa rayon İcra Hakimiyyətində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində rayonun fəal könüllüləri ilə görüş keçirilib.
Görüşdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Aparatın məsul əməkdaşları, Şuşa  rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov, “Sağlam düşüncə” Gənclər təşkilatının könüllülük proqramları üzrə koordinatoru Sevinc Qasımova, Şuşa  rayonunun gəncləri və fəal könüllüləri iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlandığını, ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu qeyd etmişdir. “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilən bu tədbiringənclərin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində mühüm  əhəmiyyəti olduğunu qeyd etdi.
Görüşdə iştirak edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

 

Keçidlər