Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonu haqqında operativ məlumat

25 mart 2020 | 16:00

Şuşa rayonu haqqında məlumat

Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əsasən Şuşa rayon İcra Hakimiyyəti rayon əhalisi arasında yarana biləcək təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirləri həyata keçirir.

Şuşa rayon İcra Hakimiyyəti başçısının 19 mart 2020-ci il tarixli, 17 nömrəli sərəncamına əsasən Şuşa rayon sakinləri arasında baş vermiş ölüm hallarının dərhal dövlət qeydiyyatına alınması və bununla bağlı görülən bütün tədbirlərin, o cümlədən müvafiq məlumatların aidiyyəti dövlət qurumlarına vaxtında, düzgün ötürülməsi işinin təşkili məqsədilə Qərargah yaradılmışdır.

Koronavirus(COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 2020-ci il tarixli 1/384 nömrəli və Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əsasən rayon İcra Hakimiyyətinin işçilərinin Novruz bayramındakı qeyri-iş günlərində minimal sayının müəyyənləşdirilməsi haqqında məktubundan irəli gələn məsələləri həll etmək məqsədilə Şuşa rayon İcra Hakimiyyəti başçısı tərərfindən müvafiq əmrlər imzalanmış, tələb olunan qaydalara ciddi riayət edilir. Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Şuşa rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu elektron qaydada həyata keçirilir. Onlayn rejimdə qəbul növbəlik əsasında, vətəndaşa video zəng edilməklə aparılır.Vətəndaşlar fasiləsiz olaraq Aparatın məsul şəxsləri ilə telefon vasitəsi ilə əlaqə saxlayırlar. Bu tədbirlər haqqında məlumat Şuşa rayon İcra Hakimiyyətinin saytında yerləşdirilmişdir.

Rayon əhalisinin sıx məskunlaşdığı yaşayış binalarında, idarə, müəssisə və təşkilatlarda dezinfeksiya işləri mütəmadi olaraq görülür.

Rayon əhalisinin sağlamlığının təmin edilməsi məqsədilə rayon üzrə zəruri profilaktik tədbirlər, dezinfeksiya işləri və sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.

Keçidlər