Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan profilaktik tədbirlər davam etdirilir

28 mart 2020 | 16:00

 

Koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan profilaktik tədbirlərlə əlaqədar 250 məcburi köçkünün yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Azərbaycan Tibb Universitetinin 7 nömrəli yataqxanasının 2 blokunda, Binəqədi rayonu, S.S.Axundov küçəsi 48 ünvanında yerləşən Şuşa Dövlət Musiqili Dram Teatrında, Bakı şəhəri, “Qobu Park –2“ yaşayış massivində yerləşən Turşsu kənd Uşaq Musiqi Məktəbində, N.Nərimanov rayonu, Təbriz 2 ünvanında yerləşən Şuşa Mərkəzi Rayon Kitabxanasında, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V massivi” ünvanında yerləşən Şuşa rayon Niyazi adına Uşaq İncəsənət Məktəbində – cəmi 4 rayon təşkilatında dezinfeksiya işləri aparılmışdır.

Hər gün Sabunçu rayonu, “Ramana-450” qəsəbəsində 7 küçə su maşını ilə yuyulur, 1 aptekdə, 5 mini marketdə, 4 mağazada, 7 ictimai - iaşə obyektində və Şuşa rayon Rabitə Qovşağında – cəmi 18 müəssisədə dezinfeksiya işləri aparılmış, qəsəbə əhalisi arasında maarifləndirmə işlərinin aparılması davam etdirilir.

Bakı şəhərində və respublikanın rayonlarında yaşayan 65 yaşı ötmüş rayon sakinləri müəyyən edilmiş, bu günə 76 nəfər şəxslə icra nümayəndələri tərəfindən əlaqə yaradılmış, onlara lazım olan sosial-məişət xidmətləri, ev təsərrüfatı ilə bağlı olan işlərdə köməklik, əsas tələbat mallarının və dərman vasitələrinin alınmasında lazımi köməklik göstərilir və bu iş daimi nəzarətdədir.

 

 

 

 

 

 

 

 

Keçidlər