Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkədə aparılan kadr islahatları dövlət idərəçilik sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir.

15 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkədə aparılan kadr islahatları dövlət idərəçilik sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ildə başlanmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən, ölkə vətəndaşlarının rəğbətlə qarşıladığı kadr islahatları 2019-cu ilin sonuna doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etməkdədir.

Həyata keçirilən islahatların ana xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin sağlamlaşdırılması təşkil edir.

Ölkədə son aylarda bir neçə icra başçısının və Mədəniyyət Nazirliyinin rəhbər işçilərinin törətdikləri cinayətə görə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq həbs edilmələri, cəmiyyətin bütün təbəqələrində olduğu kimi Şuşa rayon təhsil işçiləri tərəfindən də razııqla qarşılanmış və məktəb rəhbərlərinin iştirakı ilə Şuşa RTŞ-də keçirilmiş videokonfrans vasitəsi ilə xəyanət yolunu seçənlərin ciddi şəkildə cəzalandırılmaları tələb olunmuşdur.

Koronovirus pandemiyasının yayıldığı bir vaxtda dövlət tərəfindən vətəndaşlara göstərilən qayğıya ‘’kölgə” salaraq imkansız ailələrə olunan yardımlardan, ictimai iş yerlərindən belə öz şəxsi mənafeləri üçün bəhrələnməyə çalışan Yevlax şəhərinin , Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra inzibati ərazi dairələri üzrə nümayəndələrinin insanlığa sığmayan bu hərəkətləri nifrətlə qarşılanmışdır.

Konfrans iştirakçıları may ayının 8-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat Azərbaycan Respublikasının Baş Prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparması ilə bağlı ölkə prezidentinin verdiyi bəyanatın özünü çox gözlətməyin nəticəsi kimi qiymətləndirmişlər.

Şuşa rayon ictimaiyyəti, o cümlədən rayonun təhsil işçiləri dövlət idarəçilik sisteminin daha da təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son dövrlər aparılan genişmiqyaslı tədbirləri hamılıqla dəstəkləyirlər.

Keçidlər