Şriftin ölçüsü :

Saytın rəngi :

Operativ qərargahın qərarı.

30 may 2020 | 16:00

AZƏRBAYCAN  RESPUBLİKASININ NAZİRLƏR  KABİNETİ

Q Ə R A R


    
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə
 
 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 15 iyun saat 00:00-dək uzadılsın.
2. Fəaliyyətinə məhdudiyyət tətbiq edilmiş aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti 2020-ci il 31 may saat 00:00-dan bərpa olunsun:
2.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarının (qurumlarının) işçilərinin tam fəaliyyəti; 
2.2. ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyəti (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla); 
2.3. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində müştərilərə 08:00-dan 22:00-dək yerində xidmət (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla);
2.4. tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının keçirilməsi.
3. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1.2-ci bəndində “onlara” sözü “həmin işçilərə öz arzusu ilə 14 təqvim gününədək” sözləri ilə əvəz edilsin. 
4. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1-ci hissədə “31 may” rəqəmləri və sözü “15 iyun”
rəqəmləri və sözü ilə əvəz edilsin;
4.2. 1.4-cü bənd ləğv edilsin;
4.3. 1.7-ci bəndə “dayandırılması” sözündən sonra (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının keçirilməsi istisna olmaqla)” sözləri əlavə edilsin;
4.4. 1.13-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.13. iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;”;
4.5. 1.15-ci bənddə “18:00-dan” rəqəmləri “22:00-dan” rəqəmləri ilə əvəz edilsin. 


                        Əli Əsədov
                                 Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 29 may 2020-ci il

№ 190

Keçidlər