Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına şuşalılar tərəfindən də böyük dəstək göstərilir

29 iyun 2020 | 16:00

"COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına şuşalılar tərəfindən də böyük dəstək göstərilir. Bu məqsədlə rayon icra hakimiyyəti və partiya təşkilatı tərəfindən aztəminatlı ailələrə, 65 yaşından yuxarı tənha qocalara ərzaq yardımı göstərilib.
Ərzaq bağlamaları könüllülərin köməkliyi ilə ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara paylanılır. Həmçinin onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə maarifləndirici söhbətlər aparılır.
Cənab prezidentimiz İlham Əliyevin göstərişləri əsasında koronavirus pandemiyasına qarşı mübarizədə artıq bəzi məhsullar Azərbaycanda istehsal edilir. Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da istifadə edirik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur.
Bu gün dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan Azərbaycan dövlətinin pandemiya ilə mübarizədəki missiyası bununla bitmir. Dünyada humanist, insansevər siyasəti ilə tanınan cənab İlham Əliyevin qəbul etdiyi qərarlara əsasən Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq təşkilatlara, müxtəlif ölkələrə də köməyini əsirgəmir və bu sahədə öz təcrübəsini də bölüşür.
Xalqımız da çox yaxşı bilir ki, cənab Prezident İlham Əliyevin siyasətinin əsasında Azərbaycan xalqı dayanır, bu siyasət vətəndaşların sağlamlığının qorunmasına, onların rifahının və həyat səviyyəsinin daha da yüksəldilməsinə, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artaraq güclənməsinə və dünyaya inteqrasiya olunmasına xidmət edir.


Hörmətli cənab Prezident, biz inanırıq ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Şuşalılar olaraq Sizinlə fəxr edirik, Sizə dəstəyim sonsuzdur. Biz birlikdə güclüyük!”

 

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev

Keçidlər