Şriftin ölçüsü :

Saytın rəngi :

Paşinyan hökuməti Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir.

17 iyul 2020 | 16:00

Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir.

Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Və bu təbii ki təsadüf deyil. Paşinyan hökuməti bununla müxalifləri susdurmağa çalışır. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki işğalçı rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.

Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən səbəblərdir.

Ermənistanın səylərinə baxmayaraq işğalçı düşmənə layiqli cava verilmişdir. Və bu gün fəxrlə deyirik ki, ordumuz dünyanın ən güclü ordularından biridir. Əlbəttə, bu, hərbi sahədə aparılan uğurlu islahatların nəticəsində mümkün olub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili siyasəti nəticəsində Azərbaycanın dinamik iqtisadi inkişafı, torpaqlarımızın işğaldan azad edilməsi və dünya dövlətlərinin ədaləti dəstəkləməsi, işğalçının işğalçı kimi tanınması istiqamətində işlər uğurla davam edir. Bunlarla bərabər, Silahlı Qüvvələrimizin gücləndirilməsi, ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsi, müasir döyüş texnikaları ilə, silah-sursatla təchizatı daim diqqət mərkəzində saxlanır. Prezident İlham Əliyevin qətiyyətlə dediyi “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” sözləri sübut etdi ki, ölkəmizin ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuza göstərilən diqqət hərbi quruculuğun bütün parametrlərinin – ordu quruculuğu siyasətinin, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordu quruculuğunun ardıcıllıq və davamlılıq prinsiplərinin qorunması, yeni təfəkkürə malik zabit kontingentinin formalaşdırılmasını və genişləndirilməsini təmin etdi. İndi ordumuz dünyanın 50 ən güclü ordusunun sırasında yer alıb. Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, ordumuzun gücləndirilməsi üçün nə qədər vəsait lazım gəlsə ayrılacaqdır.

Ordumuz Ali Baş Komandanın əmri ilə istənilən vaxtda torpaqlarımızı işğaldan azad etməyə qadirdir!

Keçidlər