Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Şuşalılar, Qurban Bayramınız Mübarək Olsun!

30 iyul 2020 | 16:00

     Sizi və rayonun bütün əhalisini dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan Müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirik. Xalqımızın və dövlətimizin tərəqqisi, əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunmasını diləyirik!

   Bu əziz bayram günlərində Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edərək Ali Baş Komandanımız İlham Əliyevin əmrinə hazır olan şanlı ordumuza və mərd oğullarımıza davamlı uğurlar arzulayırıq!

  İnanırıq ki, bəşəriyyətin bir çox problemlər yaşadığı bu çətin dövrdə Müqəddəs Qurban Bayramı vətəndaşlarımıza sağlamlıq, dinclik, bolluq və bərəkət gətirəcəkdir!

     Əziz Şuşalılar, Bayramınız Mübarək Olsun!

Keçidlər