Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar.

31 iyul 2020 | 16:00

Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Ümummilli lider Heydər Əliyev deyib ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır". Normal düşüncə tərzi olan hər kəsin daxilində Vətənə sevgi yaşayır. Bu sevgi yüksək olduqca böyük şəxsiyyətlər yetişdirir. Ana Vətən məhz belə böyük şəxsiyyətlərin qollarına söykənir və adı ucalır. Ulu öndər Heydər Əliyevin Vətənə sevgisi o qədər uca və yenilməz idi ki, çətin günlərdən və mübarizələrdən qalib kimi çıxararaq bu gün bizə xoşbəxt yaşadığımız Azərbaycanı bəxş etdi. Bu gün hər birimiz müstəqil Vətənimiz, bayrağımız, azadlığımıza görə ümummilli liderə borcluyuq və onun ideyalarını yaşatmalı, onun qədər olmasa da, bütün qəlbimizlə Vətəni sevməliyik. Vətənə sevgi ilə ürəyimiz çırpınmasa, ölkənin parlaq gələcəyini dumana qərq edərik. Ümummilli liderin siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib ki, "gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə yaşamalıdırlar".Ailədən başlayan vətənpərvərlik tərbiyəsini təhsil müəssisələri davam etdirməlidir. Təhsil müəssisələri hər bir xalqın tərəqqi qapısıdır. Övladlarımızın vətənpərvər ruhda böyüməsi, vətənini sevən, onun uğrunda ölməyə belə hazır olan mərd şəxsiyyətlər kimi yetişməsində vətənpərvər müəllimlərin rolu böyükdür. Hər bir dövlət vətənpərvər insanların sayəsində inkişaf edir. Ölkənin gələcəyi gənclərin nə dərəcədə vətənpər olmasından, vətənə xidmət etməsindən asılıdır. Gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılmasına dair ən gözəl və dərin mənalı kəlamların müəllifi ulu öndər Heydər Əliyev deyib ki, "hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir! Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir !"

Azərbaycan müstəqil bir ölkə olaraq tarixin ağır sınaqlarından çıxıb və hələ də böyük sınaqla üz-üzədir. Müxtəlif dövrlərdə işğala, soyqırıma, faciələrə məruz qalıb. Sözsüz ki, bütün hallarda xalqımız öz qəhrəmanlığını, öz vətəninə və xalqına sədaqətini sübut edib. Buna bariz nümunə kimi Şəhidlər Xiyabanında uyuyan yüzlərlə qeyrətli oğul və qızlarımızın qəhrəmanlığını göstərmək olar. Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir ! Bu gün ölkəmiz müstəqildir, azaddır və firavandır. Sözsüz ki, bu azadlıq və firavanlıq onların qəhrəmanlığı bahasına başa gəlib. Azərbaycanın qeyrətli, şücaətli, qorxmaz, vətənpərvər oğul və qızları hər zaman Ali Baş Komandan İlham Əlievin yanındadır və Onun bir əmrinə tabedirlər!

Keçidlər