Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan 30 il gözlədiyi şərəf tarixini yaşayır!

05 oktyabr 2020 | 16:00

Azərbaycan 30 il gözlədiyi şərəf tarixini yaşayır! QƏLƏBƏ VƏTƏN MÜHARİBƏSİNDƏN KEÇİR !Şəhidlərimizin və onları dünyaya gətirən anaların qarşısında baş əyirik! 

Bu möhtəşəm tarixi bizə yaşadan qətiyyətli, sözü və əməli butöv, böyük vətənpərvər Ali Baş Komandanımıza,  Şanlı Ordumuza,  İgid oğul və qardaşlarımıza qadir Allah kömək olsun! Haqq işimizdə QƏLƏBƏ BİZİMDİR !!!

Əziz Prezidentimiz!

Sizə  protokol qaydalarına uyğun müraciətlər etmişik. Bu gün yazdığınız tarix Sizi millətimizə Can Qardaşı, Qan Qardaşı,  İgid Ogul, mötəbər Ata, tayı-bərabəri olmayan vətənpərvər Azərbaycanlı olduğunuzu bir daha dünyaya sübuta yetirdi!  Sizinlə Azərbaycan , dünyanın haqq və ədaləti başa düşən  insanları qürur duyur ! AZƏRBAYCAN TORPAQLARINDA QAYDASIZ, QANUNSUZ 3O İL YAŞAYAN XAİN, HİYLƏGƏR, YALANÇI ERMƏNİLƏRİN TÖRƏTDİKLƏRİ VƏHŞILİKLƏRƏ KOMANDANLIĞINIZLA VERİLƏN CAVABLAR HAQQIN,  ƏDALƏTİN, ÖLÇÜSÜ OLMAYAN MÜDRİKLİYİN, CƏSARƏTİN VƏ BÖYÜK VƏTƏNPƏRVƏRLİYİN  TƏSDİQİDİR!
Siz Azərbaycanın tarixinə, Qərinələrlə yaşayan Prezident, Qəhrəman, Müdrik Və Qorxmaz Şəxsiyyət kimi bir daha yazıldınız!

Allah Sizi, Şanlı Ordumuzu, Vətənsevərləri, İgid Oğulları qorusun! BİZ QARABAĞA GEDİRİK, ŞUŞAYA, EVİMİZƏ GEDİRİK!

YAP Şuşa Rayon Qadınlar Şurasının sədri: Vüsalə Fətəliyeva

Keçidlər