Şriftin ölçüsü :

Saytın rəngi :

Özünə qarşı tamamilə etibarını itirmiş AXCP və Milli Şura

06 oktyabr 2020 | 16:00

    Siyasi həmrəyliyə xidmət edən addımlar xalqın milli birliyinə xidmət edən təşəbbüslərdir. Azərbaycanın haqq müharibəsi və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vəhdət qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.
    Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq, əks-hücuma keçməsi və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olması, düşmənə ağır zərbə vurması son 30 ilin ən böyük tarixi hadisələrindən biridir.
Siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkənin demək olar ki, bütün siyasi spektrinin – 50 partiyanın bir araya gələrək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduğunu bəyan etmələri də bir o qədər tarixi əhəmiyyət kəsb edən hadisədir, milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir

Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənilməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir. Amma təəssüf ki, belə bir şəraitdə də iki siyasi partiya – Müsavat və AXCP Böyük Qələbə uğrunda mücadilədə Azərbaycan xalqı və dövləti ilə birlikdə olmağı bacarmadılar, öz kiçik hisslərinə, məhdud dünyagörüşlərinə yenildilər.
Birgə bəyanat Azərbaycan xalqı və ölkənin aparıcı siyasi qüvvəsi yekdilliklə Prezidentin yanında olduğunu bildirən rəmzdir. Siyasi və milli həmrəylik eyni zamanda etibarlı münasibətlərinin əsasıdır. Odur ki, həmrəylik nümayiş etməyən qüvvələr xalqın etibarını da itirmiş olur.
 

Keçidlər