Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa üzrə müxbirimiz Xatirə Sərdarqızının peşəkar fəaliyyəti ilə qürur duyuruq

06 oktyabr 2020 | 16:00

      Abdullazadə Xatirə Sərdar qızı 1980-ci ildə Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olub. Atası ixtisasca mühəndis, anası müəllimə olan Xatirə Sərdarqızı evin tək övladıdır. Ailəlidir. Yeddi yaşlı Sara qızı, doqquz yaşında Tommy adlı oğlu var. Hazırda Hollandiyada yaşayır.“REAL TV” televiziyasının Avropa üzrə müxbiri  olan Xatirə Sərdarqızı  Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında münaqişədən əziyyət çəkmiş bir azərbaycanlı kimi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mütəmadi olaraq Avropada baş tutmuş  tədbirlərin işıqlandırılmasında, ilk olaraq məlumatların Azərbaycanlı izləyicilərə çatdırılmasında rolu əvəzsizdir.Hal- hazırda erməni təxtirbaxına cavab verərək əks hücuma keçən Azərbaycan ordusu böyük uğurlar əldə etməkdədir.Lakin mənfur düşmənlərimizin Avropada apardığı yalan kompaniyaların ifşa edilməsində səfirliklərlə yanaşı  müxbirlərimizin də əməyi böyükdür.   Öz peşə borcunu ləyaqətlə yerinə yetirən Xatirə xanım  bu dəqiqələrdə Fransanın paytaxtı Paris şəhərində Avropa üzrə müxbirlərin  konfrasında   iştirak edir. Həmyerlimizin dəfələrlə erməni vandallarının təhdidlərinə,zor tətbiq etmələrinə baxmayaraq  öz vəzifəsini uğurla yerinə yetirməsi hər birimizi qürurlandırır. Xatirə xanıma düşməndən yaxın zamanda azad edəcəyimiz Qarabağdan –Şuşadan Avropa ölkələri ilə telemost qurmaq nəsib olsub deyir, bu çətin, çətin olduğu qədər də  məsuliyyətli işində müvəffəqiyyətlər arzu edirik.

Keçidlər