Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər"- Prezident İlham Əliyev

17 dekabr 2020 | 16:00

“Müharibə zamanı beynəlxalq mediaya verdiyim çoxsaylı müsahibələrimdə mən bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəçiliyimiz altında yaxşı olacaq”.- Prezident İlham Əliyev

10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişlər. Azərbaycan bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri  status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar vermişlər. Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb.Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər.Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib. Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələrini geri çəkərdi. Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib.  Minsk qrupunun gələcək mandatı şübhəlidir və Azərbaycanla razılaşdırılmalıdır.
Amma bu gün Azərbaycan Ordusu məğlubedilməz olduğunu nümayiş etdirmiş, işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etmişdir.
Ali Baş Komandan İlham Əliyev  dəfələtlə öz çıxışlarında bildirmişdir ki,Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların da hüquqları Azərbaycanın Konstitusiyası ilə qorunur, odur ki, bəzi qüvvələrin əndişələri əsassızdır. “Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasəti hansısa vətəndaşlarımıza, insanlara münasibətdə onların etnik mənsubiyyətini əsas götürmür. Yəni bizim ölkəmiz demokratik, çoxmillətli, multikultural, tolerant bir ölkədir. Milli etnik köklərindən asılı olmayaraq, istənilən insan burada Konstitusiya və qanunlar qarşısında bərabərhüquqludur. Bəzi qüvvələr hesab edirlər ki, Azərbaycan dövlətinin erməni xalqı ilə problemi var. Azərbaycan da açıq şəkildə bəyan edir və örnək olaraq da göstərir ki, Qarabağdan kənarda 30 min erməni vətəndaşımız yaşayır və onlar erməni olduqlarına görə hər hansı bir problem yaşamırlar, onların heç bir problemi yoxdur”. Azərbaycan vətəndaşı olan ermənilər Qarabağda təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər.
 

Keçidlər