Şriftin ölçüsü :

Saytın rəngi :

Artıq Qarabağımızda həyat canlanmağa başlayıb

22 fevral 2021 | 16:00

Artıq Qarabağımızda həyat canlanmağa başlayıb. Dövlətimizin başçısı hər səfərində vəziyyətlə tanış olmaqla yanaşı, böyük qayıdışa hədəflənən təməlləri atır. Məlumdur ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. "Ağıllı şəhər" və "ağıllı kənd" layihələri çox geniş anlayışlardır. Texnologiyanın inkişafından dolayı artıq bütün vasitələrin ağıllandığını və internetə qoşulduğunu görürük."ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin həyata keçirilməsi birinci növbədə ölkəmizin iqtisadi gücünün və potensialının nümayişidir: “Çünki "ağıllı kənd" və "ağıllı şəhər" layihəsi hər şeydən öncə həmin ərazilərdə müasir rəqəmsal texnologiyaların və innovasiyaların tətbiq olunması əsasında sosial-iqtisadi xidmət sferalarının qurulmasıdır. Müasir yaşayış regionları haqqında təsəvvürlərin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, kənd və ya şəhər yeri olmasından asılı olmayaraq insan həyatının və yaşayışının bütün əsas parametrləri üzrə səviyyələr və xidmətlər eyni olmalıdır. İndiyə qədər adət etmişik ki, kəndlərin və şəhərlərin səviyyəsi bir-birindən fərqlənməlidir. Amma müasir kənd və şəhər təsəvvürü belə bir bölgünü istisna edir. Bu innovativ layihə kənd əhalisini və infrastrukturunu yeni texnoloji həllərlə təmin edir. Bundan başqa, ağıllı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazara rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxili və xarici bazara rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir. "Ağıllı şəhər” imkan verir ki, yollar, körpülərlə bağlı daha əsaslandırılmış və sistemli infrastruktur qurulsun və onların təmin edilməsi və gücləndirilməsinə diqqət ayırmaq mümkün olsun. Nəhayət, layihə ixtisaslı kadrların işlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına imkan verir”. Layihə vətəndaş və hökumət arasında daha sıx əməkdaşlığın formalaşmasına kömək edir. Həmin şəhərdə yaşayan sakinlər də fərqli alətlərdən, internet üzərindən və mobil aplikasiyalardan, portallardan, onlayn alətlərdən istifadə etməklə, şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar.Həmin ideyanın işğaldan azad edilmiş ərazilərdəki şəhər və kəndlərdə tətbiq edilməsi, həmin ərazilərin beynəxlalq standartlara uyğun qurulması, həm də yeni inkişaf modelinin tətbiqinə imkan yaradacaq.Ancaq bu məsələ o qədər də asan deyil. “Ağıllı kənd”, “Ağıllı şəhər” layihəsinin reallaşdırılması üçün ən azı 10 milyard pul lazımdır Çünki ermənilər o kəndləri, şəhərləri faktiki olaraq tamamilə məhv ediblər. Hər şey sıfırdan başlanmalıdır. Öncə ərazilər minalardan təmizlənməlidir, sonra kütləvi tikinti-quruculuq işləri həyata keçirilməlidir. İşlər bütün rayonlarda paralel olaraq aparılmalıdır.Bütün bu çətinliklərə baxmayaraq biz inanırıq ki,Cənab prezidentin uğurlu siyasəti nəticəsində dövlətimiz bu işlərin öhdəsində layiqincə gələcək.

Təvəkkül Əliyev

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri  

Keçidlər