Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının VII Qurultayında partiyanın idarə heyətinə üzv seçilən həmyerlimiz Fuad İbrahimovu ürəkdən təbrik edirik!

06 mart 2021 | 16:00

Yeni Azərbaycan Partiyasının VII Qurultayında partiyanın idarə heyətinə üzv seçilən həmyerlimiz Fuad İbrahimovu ürəkdən təbrik edirik! Fuad Şuşada anadan olub, ilk təhsilini də bu şəhərin həm orta  ümumtəhsil, həm də musiqi məktəbində alıb. Ziyalı, musiqiçi ailəsində böyüyən Fuad istedadı, xoş xasiyyəti, zəhmətkeşliyi ilə fərqlənən gənc musiqiçidir. Peşəkar dirijor kimi  ölkəmizi dünyanın çox ünvanlarında ecazkar sənəti ilə təmsil edən Fuad müəllimin böyük vətənpərvərliyi  ona hər yerdə hörmət, şərəf gətirir. Fuad İbrahimov dünya musiqisi ilə bərabər, Azərbaycan bəstəkarlarının əsərlərini daim repertuarda saxlayır, milli musiqimizin təbliğinə böyük diqqət göstərir. Yeni Azərbaycan Partiyasının etimadına yüksək səviyyədə mədəni düşüncə tərzi ilə cavab verəcəyinə inanırıq, gənclərin layiqli nümayəndəsi kimi uğurlar arzu edirik ! Yolun işıqlı və açıq olsun !

Keçidlər