Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Dövlət Musigili Dram Teatrının aktyorlarının yubiley yaşları tamam olur.

13 aprel 2021 | 16:00

Şuşa Dövlət Musigili Dram Teatrının aktyorları Azərbaycanın xalq artisti Rüstəmov Nazir Mürsəl oğlunun 65 illik, Həmzəyeva Bahar Əvəz qızının 60 illik və Zeynalova Püstəxanım Marif qızının 50 illik yubiley yaşları tamam olur. Uzun illər teatrın səhnəsində rəngarəng rolları ilə tamaşaçı rəğbətini qazanan aktyorların yubiley yaşlarını Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov təbrik etdi. İstedadlı aktyorlara ürək sözlərini, təbriklərini çatdıran B.Səfərov, onlara Şuşada, doğma teatrın səhnəsində fəaliyyət göstərmələrini arzuladı, Şuşa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyələrini təqdim etdi.

 

Keçidlər