Şriftin ölçüsü :

Saytın rəngi :

07 may 2021-ci il tarixində Şuşa Rayon İcra Hakimiyyəti “Şanlı qələbəmiz Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir” mövzusunda videokonfrans keçirmişdir.

08 may 2021 | 16:00

      Videokonfransda Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairələri üzrə nümayəndələri, idarə,müəssisə rəhbərləri  iştirak edirdilər. Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov  ümummilli liderin həyat yolundan, bu dahi şəxsiyyətin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmasından bəhs etmiş, onun qətiyyəti, müdrik siyasəti nəticəsində Azərbaycanın xaos, vətəndaş müharibəsi, tənəzzül və parçalanmadan xilas olaraq, sürətli inkişaf yoluna qədəm qoyduğunu vurğulamışdır. Sonra Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  Şuşa Rayon İcra Hakimiyyəti başçısının  müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva tərəfindən konfrans iştirakçılarının diqqətinə çatdırıldı. Konfransda çıxış edənlər -  Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Quşçular kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Sahib Musayev, Rayon Gənclər və idman idarəsinin rəisi Nadir Bayramov ,Rayon Gigiyena və epidemiologiya  mərkəzinin direktoru  Billurə Şadlinski, Şuşa rayon poliklinikasının baş həkimi Kəmalə Səfərova qeyd etdilər ki, Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olub. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın. Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

 

Keçidlər