Son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq bütün ölkə ərazisində olduğu kimi Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri intensiv şəkildə aparılır. Prosesin həyata keçrilməsində fasilə yaranmasın deyə, Şuşa Rayon Gigiyena və Epidemiologiya mərkəzi lazımı dərmanlarla təchiz olunub. Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə davam etdirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Şuşa rayon sakinlərinin kompakt yaşayış yerlərində, Şuşa rayonunun idarə və müəssisələrinin binalarında,”Ramana -450” qəsəbəsi, “Qobu Park” şəhərciyində, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin davamlı aparılması təmin olunur.