Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən 10 noyabr Bəyanatı

10 noyabr 2021 | 16:00

      Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.
     Müstəqil Azərbaycan Vətən müharibəsində öz gücünü bütün dünyaya nümayiş etdirdi. Həmçinin beynəlxalq birlik xalqımızın yenilməz iradəsinin, torpaq sevgisinin şahidi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarını böyük uğurla yerinə yetirən Silahlı Qüvvələrimiz Ermənistanın və onun havadarlarının “yenilməz ordu”, “keçilməz istehkam”lar uydurmalarını dağıtdı. Azərbaycan Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü, onu kapitulyasiya aktına imza atmağa məcbur etdi və göstərdi ki, kim döyüşkən xalqdır. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzalandı. Tarixi əhəmiyyət kəsb edən bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Eyni zamanda, uzun illər davam edən işğala son qoyuldu. Bu, həm də bizim şanlı qələbəmizdir! Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub.Üçtərəfli Bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını təsdiq edir. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil. 10 Noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat bölgədə yeni bir reallıq formalaşdırıb, eyni zamanda sabitliyin təmin edilməsi və yüz minlərlə azərbaycanlı məcburi köçkünün evlərinə qayıtması üçün zəmin yaradıb. Azərbaycan torpaqlarını azad etməklə Qafqaz bölgəsində təhlükəsiz və etibarlı inkişaf üçün əsas maneəni aradan qaldırıb. İndi isə yeni bir dövrə - bərpa və yenidənqurma dövrünə qədəm qoymuşuq

Keçidlər