Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon sakinlərinin məskunlaşdığı «Ramana -450» qəsəbəsində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir

30 dekabr 2021 | 16:00

30 dekabr 2021 –ci il  tarixində «Ramana -450» qəsəbəsində yerləşən Şuşa Mədəniyyət evində  “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir.  Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri,  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri,  şagirdlər  və digər qonaqlar iştirak etmişlər. Rayon İcra Hakimiyyəti  başçısının müavini Vüsalə Fətəliyeva tədbirdə çıxış edərək bütün şuşalıları qarşıdan gələn 2022 – ci il və dünya azərbaycanlılarının həmrəyliyi münasibəti ilə  Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun adından təbrik etmiş, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. Tədbirdə müxtəlif musiqi nümunələri , məktəblilərin ifasında şeirlər səsləndirilmiş,  yeni il hədiyyələri paylanılmışdır

 

 

 

Keçidlər