Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərovun sədrliyi ilə müşavirə keçirilmişdir

14 aprel 2022 | 16:00

Şuşa Rayon İcra Hakimiyyəti başçısı  Bayram Səfərovun sədrliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Müşavirə zamanı Şuşa ili” ilə bağlı idarə, müəssisə və təşkilatlarda, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə görüləcək işlər , “Covid-19” pandemiyasının azalmasına baxmayaraq qoruyucu tədbirlərin və peyvəndlənmənin təşkilinə nəzarətin qüvvədə qalması, vətəndaş müraciətlərinə vaxtında, dəqiq, operativ şəkildə baxılması və cavablandırılması, Gigiyena və Epidemiologiya Mərkəzinin yeni dövrdə görəcəyi işlər , şəhid ailələri və qazilərin daim nəzarətdə saxlanılması, vakant iş yerlərinə ilk növbədə şəhid ailələrinin üzvlərinin və qazilərin cəlb edilməsinə əməl edilməsi, ərazi nümayəndəliklərinin onların sosial problemlərini nəzarətdə saxlamaları barəsində geniş müzakirələr aparılmışdır. Müzakirə edilən məsələlərin həlli ilə  bağlı idarə,müəssisə rəhbərlərinə müvafiq göstərişlər verilmişdir.

 

Keçidlər