Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Şuşalı Milli Qəhrəman Rizvan Teymurovun anadan olduğu gündür

16 aprel 2022 | 16:00

Bu gün Şuşalı Milli Qəhrəman Rizvan Teymurovun anadan olduğu gündür. O, 1991-ci ildə vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Dərin hörmət və ehtiramla yad edirik! 

Teymurov Rizvan Rəhman oğlu 1962 - ci il 16 aprel tarixində Şuşa rayonunun Quşçular kəndində anadan olmuşdur. Şuşa Rayon Polis şöbəsində polis nəfəri kimi çalışmışdır. 1991 –ci ilin dekabr ayının 9 - da  Əsgəran rayonunun Kərkicahan kəndində gedən döyüşlərdə həlak olmuşdur.
- Atası: Teymurov Rəhman Heydər oğlu 1937 – ci ildə anadan olmuş, 2013 –cü ildə Bakı şəhərində vəfat etmişdir.
- Anası:Teymurova Zərifə Rəhim qızı 1937 –ci ildə anadan olmuş, 2012 –ci ildə Bakı şəhərində vəfat etmişdir.
    Temurov Rizvan ailəli olmamışdır.
Teymurov Rizvanın valideyinlərinin daimi qeydiyyatda olduqları Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi -54 ünvanındakı 57 saylı mənzil Daxili İşlər Nazirliyinin qərarı ilə onlara verilmişdir.
      Azərbaycan Republikası Prezidentinin 8 oktyabr 1992 –ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu   ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Keçidlər